Sosial şəbəkə təhlükəsi

Ucuz ətin şorbası

Atalarımızın belə bir misalı var: "Ucuz ətin şorbası olmaz", əslində bütün atalar sözləri dövür və zamana bağlıdır, zaman və dövür dəyişdikdə öz mahiyyətni və mənalarını da dəyişə birirlər. Bugünkü reallıq elədir ki, canım Azərbaycanda əhalinin böyük əksəriyyəti nəinki ucuz ətdən, hətta sür-sümükdə belə, şorba bişirib yemək zorundadır və açıq deyim ki, pis alımır, deməli, ücüz ətin şorbası olur.

Bu şorba məsələsi hardan yadıma düşdü bilmirəm, mən tamamiylə başqa bir mövzuda yazı yazmaq istəyirdim, yəqin ki, çoxdan ət yeməməyimin mərəzidir, yadıma ət şorbası düşüb.

Əlqərəz,  düz sözümdür, uşaqlarım balaca olan vaxtlar (söhbət 80-cı illərdən gedir) gecə-gündüz televizor çıxaranlara lənət oxuyurdum ki, televizor çıxandan uşaqlar dərslərini oxumurlar. Çünki bizim uşaqlığımızda nə televizor var idi, nə radio, heç kənddə "iliç lampaları" belə bərq vurmurdu. Bu səadətə yalnız 60-cı illəri əvvəllərində qovuşduq. Ona qədər dərslərimizi çıraq işığında oxuyardıq. Biz o dövürdə biliyi, savadı müəllimlərdən (bu səbəbdən də onlara müqəddəs varlıq kimi baxırdıq) və kitablardan alırdıq və o dövürdə kitab, sözün bütün mənalarında bilik mənbəyi idi.

Sözümün canı odur ki, bu gün hər şey dəyişib, inkişaf edib. Bu dəyişikliyin və inkişafın da heç şübhəsis ki, mənfi və müsbət tərəfləri var.

Son onilliklərdə dünya düzənində baş verən texnoloji proseslər bizlərdən də yan keçməyib.

Gənclər və yeniyetmələr bu prosesləri normaq qəbul etsələr də, açıq etiraf etmək lazımdır ki, yaşlı nəslin nümayəndələri bu proseslərlə ayaqlaşmaqda çətinlik çəkirlər. Bununla belə, yaşamaq naminə az-çox həmin texnologiyalara da baş vurmaq lazım gəlir.

Açığını deyim ki, mən inkişafın, tərəqqinin əleyhinə deyiləm, bununla belə, bu gün də kompüter, mobil telefon icad edənləri, sosial şəbəkələri yaradanları söyməkdən özümü saxlaya bilmirəm. Bu texnologiyalar ölkəmizdə təkcə bizim ölkəmizdəmi elə bir vəziyyət yaradıb ki, görüşüb söhbət etməyə adam tapmırsan. Elə ki girirsən sosial şəbəkələrə, görürsən ki, külli-aləm buradadır və hərənin də ağzından bir avaz gəlir.

Yuxarıda qeyd etdim ki, mənim televizor icad edənləri söyməyimin səbəbi, uşaqların dərs oxumamaları idi. İndi isə kompüter və mobil telefonlar təkcə uşaqları deyil, bütün insanları canlı ünsiyyətdən, daha açıq və kobud desəm insanlıqdan belə çıxarmağa nail olub. Hazırda nə böyükləri, nə də uşaqları bu şəbəkələrdən ayırmaq mümkün deyil və bu tendensiya artıq böyük bir bəlaya çevrilməkdədir.

Mən də uzun müddət bu şəbəkələrdən uzaq durmağa çalışdım, heyhat təkləndiyimi görüb, "palaza bürün, elnən sürün" məsəlindəki kimi buraya daxil oldum və elə ilk andan dostlarımın birindən belə bir mesaj aldım, "bataqlığa xoş gəldin bəy". Bəli, sözün həqiqi mənasında bataqlığı xatırladan bu şəbəkəyə girmək çox asan, oradan çıxmaq isə çox çətin məsələdir.

Burada olan insanların maraq dairələri o qədər müxtəlifdir ki,  birinə xoş gələn bir sözün, mütləq şəkildə digərinin hulqumundan keçmir və başlayır....

Onu da qeyd edim ki, bu şəbəkələrin müsbət tərəfləri də yox deyil, lakin insanların daha çox intriqa və söyüş kompaniyalarına üstünlük vermələri istər-istəməz ciddi narahatlıq yaradır.

Bu günlərdə fb-da bir məlumata rast gəldim. Finlandiyalı nazirdən soruşurlar ki, nə üçün onların ölkəsində pullu və özəl təhsil yoxdur? Nazir cavab verir ki, təhsil nə bazardır, nə də biznes.

Bilmirəm, Azərbaycan təhsilini biznesə çevirənlər bu məlumat oxuyublar yoxsa, yox, görünəni odur ki, inkişaf etmiş ölkələrdə təhsilə biznes kimi baxmarlar. Bizim başbilənlərimiz isə belə hesab edirlər ki, ucuz ətin şorbası olmadığı kimi, pulsuz təhsilin də onların biznesinə heç bir faydası olmaz.

0.60439395904541