108 yaşlı qadının uzunömürlülük sirri açıldı

Yüz səkkiz yaşlı Ada Hellvortun övladları onun uzunömürlülüyünün sirrini bölüşüblər.

Bu barədə “North Wales Live” xəbər verir.

İngilis qadın doğum günündə Britaniya kraliçası II Yelizavetadan təbrik açıqçası alıb.

Qızının sözlərinə görə, anası bu yaşa keçirdiyi sağlam həyat tərzi sayəsində çatıb. Onun heç bir zərərli vərdişi olmayıb, qadın ömrü boyu nə siqaret çəkib, nə də spirtli içki içib.

Bundan başqa, Hellort həmişə başqalarına yardım göstərməyə çalışıb və xeyriyyəçiliklə məşğul olan dükanlarda çalışıb. 

Uzunömürlü qadının böyük nəvəsinin fikrincə, nənəsinə yaşamağa kömək edən məhz dünyaya nikbin yanaşması və heç vaxt optimizmini itirməməsidir.

0.1326220035553