Azərbaycanda ilk: dron vasitəsi ilə kimyəvi mübarizə - FOTO

Ucar rayonunda dron vasitəsilə qırmızı tor gənəsinə qarşı yeni innovativ kimyəvi mübarizə aparılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, sözügedən proses Çin texnologiyası ilə əkilmiş pambıq sahəsində baş tutub.

Qeyd edək ki, Çin texnologiyası ilə əkilmiş pambıq sahəsinin torpaq səthi polietilen örtüklə örtülür və bitkilərin suvarılması damcı üsulu ilə həyata keçirilir.

Bunu əsas gətirən mütəxəssislər bildirib ki, pambıq sahəsində qırmızı tor gənəsinə qarşı kimyəvi mübarizədə ağır texnikanın əvəzinə drondan istifadə edilməsi məqsədəuyğundur.

0.05511212348938