Lənkəranda ağır qəza: bir ölü, iki yaralı

 

 

Lənkəranda ağır yol qəzası baş verib.

paralel.az xəbər verir ki, hadisə Ələt – Astara magistral yolunun Lənkəran rayonu Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza “Mercedes” markalı, 90-LK-933 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün idarəetməni  itirməsi nəticəsində olub.

Yoldan çıxaraq aşan maşının sürücüsü və sərnişinlərdən biri xəsarət alıb.

Digər sərnişin isə hadisə yerində ölüb.

0.62137794494629