Abid Şərifovun maşınının üstünə çıxan jurnalist işdən çıxarıldı

 

 

Dünən Baş nazirin sabiq müavini Abid Şərifovun avtomobilinin qarşını kəsən və maşınının üzərinə çıxan jurnalist Nurlan Libre işdən çıxarılıb. 

paralel.az xəbər verir ki, bununla bağlı Kanal 13-ün rəhbəri Anar Orucov məlumat verib. 

O bildirib ki, bu hərəkətinə görə jurnalistə xəbərdarlıq olunub:

“Xəbərdarlığımızı qəbul etməməsi və etirazlarını davam etdirməsi səbəbindən həmkarımızla yollarımızı ayırmaq qərarı verdik. Nurlan Libre məni və Kanal13-ü utandıracaq hərəkət etdi”.

Qeyd edək ki, dünən bir qrup jurnalist Abid Şərifova sual ünvanlasa da, Baş nazirin sabiq müavini bunları cavablandırmaqdan imtina edib və avtomobilinə əyləşib. Bu zaman Nurlan Libre avtomobilin qarşısını kəsib və A.Şərifovun avtomobilinin üzərinə çıxıb. 

0.074432134628296