93 mənzilə, 140 fərdi evə qaz verilib

 

 

Mənzil Tikinti Kooperativləri üzrə (MTK) 93 mənzil və 140 fərdi yaşayış evi müvafiq sənədləşdirmə aparılmaqla istismara qəbul olunub.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, 408 yeni abonentə kod, 94 abonentə kart açılıb, 75 abonentlə təbii qazın alqı-satqı müqaviləsi bağlanıb.

Qeyri-əhali sektoru üzrə beş yeni obyektə rəy, altı yeni obyektə isə qaz verilib.

0.058758020401001