Ölüm xəbəri yayılan Berdiməhəmmədovdan təbrik

Bu gün KİV-də ölüm xəbəri çıxan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsində qeyd olunan Səhiyyə və tibb sənayesi işçiləri günü münasibəti ilə ölkənin tibb işçilərini təbrik edib.

“RİA Novosti” xəbər verir ki, o, öz təbrik məktubunda ölkə səhiyyəsində qazanılan uğurları qabardıb və bildirib ki, hazırda ölkə üzrə səhiyyə sisteminin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi üzrə işlər uğurla həyata keçirilir: “Xüsusilə ana və uşaqların sağlamlığı və qorunması təmin edilib, bir sıra infeksion xəstəliklər tamamilə aradan qaldırılıb, sağlam həyat tərzi prinsipi tətbiq olunub”.

Qeyd edək ki, Türkmənistan mətbuatı Q.Berdiməhəmmədovun məzuniyyətdə olsa da, işlərinə davam etdiyini yazıb.

0.11050391197205