Qusarda süni göldə batan var

Qusarda bir nəfər göldə batıb.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, “112” qaynar telefon xəttinə Qusar rayonununda süni göldə bir nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

0.083558082580566