Prezident kommersiya məhkəmələrinin yaradılması ilə bağlı qanunu təsdiq etdi

 

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiq edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Qanuna dəyişiklik kommersiya məhkəmələrinin yaradılmasını nəzərdə tutur.

Dəyişikliyə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə bundan sonra mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxacaq.

Qanuna dəyişiklik 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

0.16236281394958