Beynəlxalq festivalda Azərbaycanı neçə məktəbli təmsil edəcək?

 

 

Bakıda 21-27 iyul tarixlərində keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində ümumilikdə 49 ümumi təhsil məktəbi üzrə 800-dən çox şagird və müəllim heyətinin iştirakı nəzərdə tutulub.

Bu barədə paralel.az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilir ki, seçilmiş məktəblər 22-26 iyul tarixlərində onlara təhkim olunmuş ölkələrin mədəniyyətini, tarixini, incəsənətini və idman ənənələrini ölkəmizdə təbliğ edəcəklər:

“Bu məqsədlə Bakı şəhərindən 49 məktəb seçilib. Onlardan 48-i Avropa ölkələrini, 1-i isə Azərbaycanı təmsil edərək öz pavilyonlarını sərgiləyəcək. 

XV Avropa Gənclər Olimpiya Festivalına 50 Avropa ölkəsindən nümayəndə heyətinin qatılması nəzərdə tutulub. Festivalda 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) yarışlar keçiriləcək. Yarışlarda ölkəmizi paytaxt məktəbliləri təmsil edəcək”.

İlhamə Əbülfət

0.080567836761475