Ermənilər Çıraqlı kəndini atəşə tutdu

 

 

Ermənistan Silahlı Qüvvələri cəbhədə atəşkəs rejimini kobudcasına pozaraq dinc əhaliyə atəş açıb. 

paralel.az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, işğalçı ordunun bölmələri dünən axşam və bu gün səhər saatlarında Ağdam rayonunun Çıraqlı kəndini atəşə tutub. 

Müxtəlif silahlardan açılan mərmilər fərdi yaşayış evlərinə, ağac və divarlara dəyib. Xoşbəxtlikdən xəsarət alan yoxdur.

Qeyd edək ki, Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

0.52663707733154