İki dostun davası bıçaqlanma ilə bitdi

 

 

Nizami rayonunda 18 yaşlı gənc bıçaqlanıb.

paralel.az xəbər verir ki, hadisə Elşən Süleymanov küçəsində baş verib.

2001-ci il təvəllüdlü Əsgərov Təbriz Pərviz oğlu dostu tərəfindən bıçaqlanıb.

Qarın nahiyəsindən bıçaq xəsarəti alan yaralı dərhal xəstəxanaya çatdırılıb.

Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

0.098304986953735