“Niva” ilə VAZ toqquşdu: yaralı var

Xəzər rayonunda iki avtomobil toqquşub, sürücü yaralanıb.

paralel.az xəbər verir ki, hadisə Türkan qəsəbəsində baş verib.

“Niva” və “VAZ 21099” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ 21099”un sürücüsü 1995-ci il təvəllüdlü Əliyev Qasım Bədəl oğlu yaralanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

0.08067512512207