Şəmkirdə VAZ ağaca çırpıldı: bir ölü, bir yaralı

 

 

Gecə saatlarında Şəmkirdə ağır yol qəzası baş verib.

paralel.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Çaparlı kəndi ərazisində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü Rəşad Sadıqovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil ağaca çırpılıb.

Qəza nəticəsində sürücü ağır xəsarət alıb.

Həmin vaxt maşında olan Çaparlı kənd sakini 1998-ci il təvəllüdlü Hüseynov Kazım Vəfadar oğlu isə hadisə nəticəsində ölüb.

Şəmkir Rayon Poli Şöbəsi faktla bağlı araşdırma aparır.

0.16697597503662