Azərbaycanda vəzifəli şəxs postunu tərk etdi

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.

paralel.az-ın məlumatına görə, E.Cəfərov tutduğu vəzifədən öz istəyi ilə, ərizəsi əsasında ayrılıb.

Onun işdən ayrılmasına səbəb kimi yeni işə keçməsi göstərilir. 

ƏƏSMN-in mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumatı paralel.az-a təsdiqləyib.

Könül Cəfərli

0.12312698364258