"Azərbaycanda sabitliyi pozmağa cəhd edən daxili və xarici qüvvələr fəallaşır"

Tapdıq Abbas: "Düşmənə xidmət edən qüvvələr zərərsizləşdirilməlidir"

Son zamanlar internet resurslarında, sosial şəbəkələrdə Azərbaycanda inqilab məşəli alovlandırmaq barədə kampaniya aparan xarici və daxili xəyanətkarların fəallaşması, şübhəsiz ölkəmizdə sabitliyin pozulmasına xidmət edir. Bu barədə "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbasın fikirini öyrəndik. Həmin fikiri oxuculara təqdim edirik.

-Tapdıq bəy, Azərbaycana qarşı xaricdə yaşayan vətəndaşların apardığı əks-təbliğat barədən nə fikirdəsiniz

Müxtəlif vasitələrlə xaricdə özlərinə firavan həyat axtlrışına çıxan bəzi insanlar xarici düşmən qüvvələrlə əlbir olaraq, ölkəmizə qarşı böhtan, yalan, təhqir kampaniyası aparmaqla, düşmənə xidmət edərək, xəyanətkar əməllərinin coğrafiyasını genişləndirirlər. Onların ölkəmizə qarşı bu cür lüzumsuz, yalan, böhtan və təhqirdən ibarət olan təbliğatına xalqımız heç zaman əhməyyət verməyib və bundan sonra da verməyəcək. Xalqımız yaxşı bilir ki, onlar düşmən əlində girova çevrilmiş xəyanətkarlardır .
Belə bir kritik zamanda ölkəmizin sabit həyatını pozmağa çalışan ünsürlərə qarşı ciddi mübarizə aparılmalıdır, hər bir vətəndaşımız, harada işləməsindən, yaşamasından, milliyyətindən, cinsindən asılı olmayaraq, bu cür hallara qarşı barışmaz olmalıdlr, düşmənin əlində ölkəmizə qarşı alətə çevrilmiş üzdəniraq həmvətənlərimizin xalqımızı çaşdırmağa yönəlmiş təbliğatının qarşısını almaq üçün məqsədyönlü iş görülməlidir.

Bu sahədə ölkə mediasının üzərinə də çox ciddi məsuliyyət düşür, ölkəmizə qarşı aparılan düşmən təbliğatının ifşa olunması istiqamətində ən səmərəli netod və vasitələrdən istifadə zərurətə çevrilir.
Bilirsiniz ki, "Paralel" qəzeti bu istiqamətdə planlı və ardıcıl iş aparır və bundan sonra da bu mübarizəni davam etdirmək əzmindəyik."

Tahir 

0.097728967666626