N.Tusi adına Klinikanın həkim-endoskopisti Farmiz Əliyevdən xəstələr razılıq edir

 

Azərbaycanda özəl klinikalar çoxdur. Lakin bu klinikalarda peşəkar həkimlər hələ də çox deyil. Adətən, ölkədəki özəl klinika sahibləri əksər hallarda yaxşı mütəxəssis həkim tapmayanda peşəsini o qədər də yaxşı bilməyən həkimləri klinikaya cəlb etməyə məcbu olur.

Əksər özəl klinikalardan fərqli olaraq, N.Tusi adına Klinika bu baxımdan fərqlənir və buna görə də insanlar bu klinikaya daha çox üz tuturlar. Əvvəla, N.Tusi adına klinikada qiymətlər digər klinikalarla müqaisədə əlçatandır.

Kollektivdə çalışan həkimlər, xidmət heyəti çox səmimi və mehribandır, həkimlər öz peşəsinin biliciləridir.
Həkimlər arasında peşəkarlığına görə, xəstələrin rəğbətini qazananlardan biri də Farmiz həkim Əliyevdir. Farmiz həkim xəstələrlə çox səmimi və mehriban davranır. Hər kəsə yüksək diqqət göstərir. Xəstələrin rahatçılığı üçün əlindən gələni əsirgəmir. Farmiz həkimlə söhbətdən və müayinədən sonra xəstələrin əhvalı xeyli yaxşılaşır.
Həkim-endoskopist Farmiz Əliyevlə görüşüb söhbət etdik və sualımıza cavab aldıq:

Sual: - Həkim, dünyada mədə-bağırsaq traktındakı onkoloji xəstəliklərin artım tendensiyası nə səviyyədədiri ?

Cavab: - Umumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada onkoloji xəstəliklərin yayılma faizi artır .1999 - cu illə müqayisədə 2020-ci ildə 2 dəfə artım gözlənilir.
Lakin skrininq kolonoskopiyası və qastroskopiyasının səhiyyədə istifadəsi mədə və qalın bağırsağın erkən xərçənginin və selikli qişa xərçənginin ilkin əlamətlərinin diaqnostikasının xeyli təkmilləşməsinə yol açdı.

Sual: - Həkim, mədə - bağırsaq xəstəliklərinin sürətlə artması nə ilə bağlıdır?

Cavab: - Mədə - bağırsaq xəstəliklərinin sürətlə artmasının bir çox səbəbləri var. İlk növbədə, təbiətin və ətraf mühitin çirklənməsi, ekoloji tarazlığın pozulması, insan orqanizmi üçün təhlükəli qidaların geniş yayılması və digər səbəblər bütün xəstəliklərin, o cümlədən mədə - bağırsaq xəstəliklərinin sürətlə yayılmasına təsir edir.

ABBAS

0.060694932937622