Texasda 18 it sahibini yedi

ABŞ-ın Texas ştatında itlərin öz sahibini yeməsi faktı qeydə alınıb.

The Washington Post xəbər verir ki, 57 yaşlı amerikalı həyət evində 18 it saxlayıb.

Aprel ayından qohumları onunla əlaqə saxlaya bilməyib, həyətə girməyə isə itlər imkan verməyib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları, kişinin sümüyünü tapıblar, itlərin ifrazatında da oxşar saç və sümük hissəçikləri tapılıb.

Aqresiv itlər zəhərlənərək öldürülüb, 3-ü isə heyvanlar üçün sığınacağa göndərilib.

0.34022998809814