Honkonqda nümayişçilər polis əməkdaşlarını döyüb, birinin barmaqlarını dişləyiblər

Honkonqda keçirilən etiraz aksiyası zamanı bir neçə asayiş keşikçisi xəsarət alıb.

RİA Novosti” xəbər verir ki, toqquşmalar şəhərin Şatin rayonunda baş verib.

“New Town Plaza” ticarət mərkəzində nümayişçilər polisə hücum edib. Bu zaman 11 polis əməkdaşı yaralanıb. Onlardan birinin barmağları dişlənilib.

Qeyd edilir ki, iğtişaşlar zamanı 37 nəfər polis tərəfindən saxlanılıb.

Daha əvvəl minlərlə nümayişçi “Ekstradisiya haqqında qanun”a etiraz əlaməti olaraq Honkonq küçələrinə çıxıb.

0.12615704536438