Başqırdıstanda yol qəzasında 6 nəfər ölüb, 23 nəfər yaralanıb

 

 

Rusiyada ağır yol qəzası baş verib.

TASS xəbər verir ki, hadisə Başqırdıstanın Arxanqelsk rayonunda Ufa-Beloretsk magistral yolunda qeydə alınıb.

Məlumata görə, sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, daha 28 nəfər xəsarət alıb.15 yaralı Arxangelsk və Karmaskalinsk rayonlarının xəstəxanalarına yerləşdirilib.

Tatarstanlı turistləri daşıyan sərnişin avtobusu yoldan çıxaraq kənardakı xəndəyə düşüb və çevrilib. 

Hadisə zamanı avtobusda 39 nəfər olub.  

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi açılıb.

0.42711782455444