Güclü külək ağacı maşınların üstünə atdı - FOTO

 

 

Gəncədə külək bir sıra fəsadlar törədib.

paralel.az-ın bölgə müxbiri xəbər verir ki, güclü külək ağacı Zaman Zeynalova məxsus “Mercedes” və Nicat Emirliyə məxsus “Hyundai” markalı avtomobillərin üstünə aşırıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində havanın küləkli olması barədə məlumat verib.

 

Nazir Quliyev

0.040740966796875