Son 15 ildə maaşların 7, pensiyaların 9 dəfə artırılması deyilənlərin əyani sübutudur

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisi keçirilib

(Əvvəli ötən sayımızda)

Hakimiyyətlə xalq arasında anlaşma və etimad məsələsində ölkəmizin hətta inkişaf etmiş ölkələrin reytinqlərində ən yüksək pillələri tutması məhz sosial siyasətin dəqiqliyi və əhatəliliyi hesabına əldə olunmuş nəticədir. Dünya Bankı «Doing Business» hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb.

Ölkəmiz il ərzində 32 pillə irəliləmiş və ən islahatçı 10 ölkə sırasında yer almışdır. Dünyada çox az ölkə tapılar ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə oluna bilsin. Cari ilin əvvəlində ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım, pensiya sisteminin təkmilləşdirilməsi, bu sahədə artımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 15 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir.

Uzun illər idi ki, həmkarlar ittifaqları olaraq, minimum əməkhaqqının mərhələlərlə yaşayış minimumuna çatdırılması məsələsi dövlət və hökumət orqanları ilə apardığımız danışıqlarda, partnyorlarla bağladığımız Baş Kollektiv Sazişdə öz əksini tapırdı. Bu məsələ AHİK-in və sahə həmkarlar ittifaqlarının qurultay və məclislərində də qaldırılırdı. Minimum əməkhaqqının ölkələr üzrə aylıq əməkhaqqının 60%-nə çatdırılması Dəyişdirilmiş Avropa Sosial Xartiyasının əsas tələblərindən biridir və biz tərəfdaşlarımızla birlikdə uzun illərdir bu məsələnin həlli yolları üzərində işləyirdik. Bildirməliyəm ki, bu, respublikamızın bir neçə Dövlət Proqramında da öz əksini tapıb. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin minimum əməkhaqqının məbləğinin yaşayış minimumu ilə bərabərləşdirilməsi barədə sərəncamı artıq bu məsələnin həllinə imkanlar açıbdır.

Sərəncama əsasən, cari il martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının 180 manat müəyyən edilməsi birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Həmin sərəncamın imzalanması ölkədə çalışan 600 min nəfərin əməkhaqqının artırılması deməkdir. İmzalanan sonuncu 17 sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Azərbaycan Pespublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioreitet istiqaməti olduğunu bir daha təsdiq edərək bu istiqamətdə il ərzində artıq ikinci böyük sosial paketin rellaşdırıldığını göstərdi. Bir sözlə bu sərəncamlar ümumilikdə 2,1 milyon insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır.

İmzalanmış sərəncamlara ayrı-ayrılıqda nəzər yetirsək görərik ki, minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılmaqla, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50% artırılıb, pensiyaların minimum məbləği 160 manatdan 200 manata qaldırılıb, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40% artıb. Dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20%, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları isə orta hesabla 40% artıb».

AHİK sədri  Məclis üzvlərinə müraciət edərək deyib ki, həmkarlar ittifaqlarının müasir modeli həmkarlar ittifaqına şüurlu üzvlüyə arxalanmaq, həmkarlar ittifaqına üzvlüyün cəlbediciliyini yüksəltmək, həmkarlar ittifaqına gəncləri cəlb etmək kimi əsas xüsusiyyətlərə cavab verməklə yanaşı, həmkarlar ittifaqına üzvlüyün motivasiyasını da gücləndirir. Belə bir şəraitdə üzv təşkilatlar həmkarlar ittifaqına üzvlüyün motivasiyasına dair qəbul olunmuş qərarları yerinə yetirməli, təşkilati işin əsaslarını nəzərdən keçirməli, təcrübə mübadiləsi etməli, hər bir həmkarlar ittifaqı təşkilatının möhkəmlənməsi, nüfuzunun artması, işinin səmərəliliyi məqsədilə hər yerdə cəlbetmə prosesi aparmalı, fəallar üçün xüsusi hazırlıq keçməli, həmkarlar ittifaqına üzvlüyün motivasiyasının daha da möhkəmləndirilməsində gənclərin rolunun və yerinin müəyyənləşdirilməsi məqsədilə iş metodlarını təkmilləşdirməlidirlər.

Hər kəs başa düşməlidir ki, həmkarlar ittifaqı yoxdursa, işəgötürənlər və dövlət orqanları ilə həmkarlar ittifaqları üzvlərinin bərabərhüquqlu tərəf-müqabil olduqları üçtərəfli komissiyada onların hüquq və mənafelərinin təmsilçisi, əmək kollektivi adından çıxış edən həmkarlar ittifaqı komitələri, üzvlərimizin hüquq və güzəştlərini özündə əks etdirən kollektiv müqavilə, işçilərin sosial hüquq və mənafelərinin təminatı olan əmək qanunvericiliyinə əməl edilməsinə lazımi nəzarət yoxdur. İnanıram ki, təşkilatlanmanın gücləndirilməsi, üzvlərimizin sayının artırılması istiqamətinə yönəlmiş addımların səmərəliliyini yüksəltmək üçün bütün səylərimizi səfərbər edəcəyik».

Məruzə ətrafında müzakirələrdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri S.Novruzov, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri X.Məmmədova, Təhsil İşçiləri Azad Hİ Sumqayıt şəhər HİK sədri X.Əliyev, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Zaqatala rayon HİK sədri T.Həmzəyeva və başqaları çıxış ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin sosial təminatın daha da yaxşılaşdırılması istiqamətində atdığı ciddi addımlarla bağlı AHİK-in II Məclisinin iştirakçılarının  Bəyanatı qəbul edilib.

AHİK-in sədri, millət vəkili S. Möhbalıyev Bəyanat haqqında çıxış edərək bildirib ki, son dövrlər respublikamızda insanların yaşayış səviyyəsinin, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində geniş miqyaslı işlər görülür.

Aparılan siyasət və görülən tədbirlər sübut edir ki, hər bir vətəndaşın mənafeyi Azərbaycan dövlətinin siyasətinin başında durur. Ölkəmizin dinamik iqtisadi inkişafı, maliyyə resurslarımızın artması, dövlətimizin vətəndaş rifahına yönələn sosial syiasəti məsələlərin daha ardıcıllıqla həll edilməsinə, hökümətin sosial siyasətinin bu istiqamətdə davam etdirilməsinə imkan yaradır. Son 15 ildə maaşların 7, pensiyaların 9 dəfə artırılması deyilənlərin əyani sübutudur.

Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə ilin əvvəlində böyük həcmli sosial paket təsdiq edildi. Bu sosial paket çərçivəsində imzalanan qanunvericilik aktları 3 milyon nəfərə yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu. Həmin məqsədlər üçün 1,5 milyard manat vəsait ayrıldı. İlin  əvvəlində həmin paketlə minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Artım eləcə də tələbələrin təqaüdündə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlərdə özünü göstərdi.

Bu siyasət təkcə maaşların, pensiyaların, təqaüd və müavinətlərin artırılması ilə ifadə olunmur. Gündəmdə duran vacib məsələlərdən biri yeni iş yerlərinin yaradılmasıdır və bu proses də uğurla davam etdirilir. Son 15 ildə 2 milyon yeni iş yeri yaradılıb. Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyev iş yerlərinin yaradılmasının daimi proses olmasını prioritetlərdən biri kimi elan edib.

Əhalinin rifahına yönəldilən əməli tədbirlərdən biri də məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Son illərdə ölkənin müxtəlif şəhər və bölgələrində bu insanlar üçün yüzdən çox şəhərcik salınıb. Təkcə keçən il 5800-dən çox məcburi köçkün ailəsinə yeni evlər və mənzillər verilib. Bu göstərici ondan əvvəlki illərdə verilən ev və mənzillərin sayını üstələyib. Bununla yanaşı, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 620-dən çox mənzil təqdim edilib. Bu proses də davamlıdır. Yəni cari ildə də məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşdırılacaqdır.

Azərbaycan vətəndaşının sosial təminatının və rifahının yüksəlişinə təkan verən digər addım, Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin cari ilin iyun ayında imzaladığı çoxsaylı sərəncamlardır. Bu sərəncamlar 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan insanların maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Belə ki, həmin sərəncamlardan birinə əsasən, minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb. Qeyd edək ki, bu, özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilərin də əməkhaqqının artmasına səbəb olacaq.

Sərəncamın bir müsbət cəhəti də qadınlarla kişilərin əməkhaqları arasında olan fərqin azaldılmasına xidmət etməsidir. Çünki sərəncam məhz Vahid Tarif Cədvəli üzrə işləyənləri əhatə edir ki, onların da böyük əksəriyyətini qadınlar təşkil edir. Vahid Tarif Cədvəli üzrə vəzifə maaşları artdığına görə qadınların əməkhaqqında artım olacaq. Bu gün az maaşla işləyənlərin bir çoxu qadınlardır. Bu sərəncam qadınların əməkhaqqının və gəlirlərinin artmasına çox müsbət təsir edəcək.

Yeni «Minimum aylıq əməkhaqqının artırılması haqqında» sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir. Belə ki, bundan əvvəl dövlət başçısının bu il fevralın 8-də imzaladığı sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış və həmin artım 600 minədək insanı əhatə etmişdi. Dövlət başçısının uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması kimi əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib.

Minimum əməkhaqqının artırılması ölkə iqtisadiyyatında çalışan insanların əməkhaqlarının yüksəldilməsinə və pensiya fonduna ödənişlərin çoxalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində əmək pensiyalarının əhəmiyyətli dərəcədə artması deməkdir.

Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikinci yerdə qərarlaşacaq. Bütövlükdə, prezident sərəncamları ilə əməkhaqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq. Dövlət büdcəsinin gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə imkan yaradacaq. Əməkhaqlarının artımı həm də ölkədə iqtisadi aktivliyi artıracaq.

Beləliklə, Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət həqiqətən də inqlabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, dövlətin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür.

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər bu gün də davam etdirilir. Ölkə rəhbərinin imzaladığı sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir. Bütün bu tədbirlər insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir.

“Mən milyon yarımlıq Azərbaycan həmkarlar ittifaqlarının üzvləri adından bu inqilabi dəyişikliklərə görə  Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirir və ölkəmizin çiçəklənməsi naminə gördüyü işlərdə ona uğurlar arzulayır, bütün bu işlərdə daima onun yanında olacağımızı bəyan edirəm”,-deyə S.Möhbalıyev öz çıxışını yekunlaşdırıb.

II Məclisin yekununda AHİK sədrinin məruzəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzvlüyünə qəbul, Məclisinin və İcraiyyə Komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında qərarlar qəbul olunub.

II Məclisin iclasında AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə Mahmud Kaşqari adına Beynəlxalq Fondun mükafatı və medalı təqdim edilib. O, bu mükafata Mahmud Kaşqarinin 1000 illiyi ilə bağlı Türk Dünyasında mədəniyyətə, təhsilə, sənətə, ədəbiyyata göstərdiyi dəstəyə görə layiq görülüb.

Tahir Abbaslı

0.12492513656616