Vasif Talıbov telekanal əməkdaşlarını təltif etdi

Naxçıvan Muxtar Respublikasında “Kanal 35” televiziyasının 4 əməkdaşı “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

paralel.az xəbər verir ki, bununla bağlı Ali Məclisin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında televiziya işində səmərəli fəaliyyətlərinə görə Rauf Cəlil oğlu Əliyev, Nail Ağəli oğlu Hüseynov, Toğrul Hüseyn oğlu Qafarov və Vüsal Yusif oğlu Mahmudov “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

0.12697792053223