Almaniyada Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb - SƏRƏNCAM

 

 

Prezident İlham Əliyev Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, mərkəzin yaradılmasında məqsəd Azərbaycanın daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirməkdir.

Nazirlər Kabinetinə Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək tapşırılıb.

0.36305499076843