Mehriban Əliyevadan Yalçın Rzazadə ilə bağlı - TAPŞIRIQ

 

 

Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb. 

paralel.az xəbər verir ki, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Qeyd edək ki, bu gün Y.Rzazadənin Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilməsi ilə bağlı xəbər yayılmışdı. Müğənninin oğlu Yusif Rzazadə atasının üç gündür səhhətinin yaxşı olmadığını, qanında zəhərlənmə aşkarlandığını və ürəyində problemlər olduğunu bildirib. 

Günorta saatlarında Y.Rzazadə xəstəxanadan evə buraxılıb. 

0.29798293113708