Dünyada cinayət qurbanlarının sayı müharibə itkilərini beş dəfə üstələyir

 

 

Dünya üzrə cinayət qurbanlarının sayı müharibə və münaqişə bölgələrində həlak olanların sayından beş dəfə çoxdur.

“Euronews” xəbər verir ki, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin hesabatında deyilir.

Hesabata əsasən, 2017-ci ildə dünya miqyasında 464 min nəfər törədilmiş cinayətlər nəticəsində ölüb.

Eyni il müharibə və münaqişələrdə 89 mindən çox insan həlak olub, 26 min nəfər isə terror aktlarının qurbanı olub.

0.1214280128479