Keçmiş ərinə mesaj yazan ərəb qadına həbs cəzası verildi

Səudiyyə Ərəbistanında keçmiş ərini təhqir edən qadına həbs cəzası verilib.

“RİA Novosti” xəbər verir ki, 5 il əvvəl boşandığı ərinə “Whatsapp”, “Snapchat” və digər sosial platformalardan senzuradan kənar ifadələr yazan qadının məhkəməsində hakim 3 gün həbsə qərar verib.

Bunda onun mesajlarında irqçi motivlərin olması da rol oynayıb.

Qadın, həmçinin bir daha keçmiş ərinə mesaj yazmayacağı haqqında sənədə imza atıb.

0.04246997833252