Saxta dərmanlar genefondumuzu məhv edir

Həkimlər saxta dərmanlar

qarşısında aciz durumda...

 

Sona zamanlar Azərbaycan səhiyyəsinin bərbad gündə olduğu barədə çox danışılır və çox yazılır. Bəlkə də cəmiyyətdə bunu artıq təbii hal kimi qəbul edənlər də var, hansı sahədə problem yoxdur ki, xirtdəyə kimi problemlərin içindəyik və problemsiz həyat yoxdur deyibən, özlərinə ürək-dirək verən optimist vətəndaşlarımızda. Əslində, belə insanların fikirlərini də bölüşmək olar, amma dünyanın yazılmayan, bəlkə də yazmağa ehtiyac duyulmayan qanunauyğunluqları da var. Məhz dövlətçilik təcrübəsində belə prinsipial məsələlər daha çoxdur. Onlardan biri də dövlətin onurğa sütutunun sağlam saxlanılması prinsipidir ki, bunları da əsasən səhiyyə, təhsil və müdafiə sistemləri təmin edir. İqtidar və müxalifətin kimliyindən asılı olmayaraq, bu üç sahə ümumimilli məsələ kimi qəbul edilməli və ən yüksək səviyyədə qorunanaq inkişaf etdirilməlidir. Çox təəssaüflər olsun ki, Azərbaycanda müdafiə sahəsini çıxmaq şərti ilə bu istiqamətdə vəziyyət heç də ürəkaçan deyil. Son beş ildə orduda vəziyyət köklü şəkildə dəyişib, bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə olunub. Lakin digər iki istiqamətdə vəziyyət gərgin olaraq qalır.

Yuxarıda da qeyd etdiyim kimi, səhiyyə barədə tənqidlər daha çoxdur. Dövlətin nəzarətində olan səhiyyə müəssisələrində rüşvət amilinin daha çox ikrah döğurduğunu da, artıq heç kim inkar edə bilməz. Amma bu heç də bizim hansısa təbii, milli, dini və s. naqisliyimizdən irəli gəlmir. Sadəcə, biz tibbi xidmətin dövlət səhiyyə müəssisələrində ödənişsiz olduğunu bəyan edirik və bu səhiyyə müəssisələrində xidmət göstərən həkimlərə cəmi 300-400 manat maaş veririk. Hansı ki, bu məbləğ həkimlərin heç bir həftəlik xərclərini belə qarşılaya bilmir. Deməli, dövlətin verdiyi qərarın (səhiyyə xidmətlərinin dövlət hesabına ödənilməsi) təminatı yoxdur - səhiyyə xidməti göstərən mütəxəssislərə kifayət qədər təminat verə bilmir, ona görə də onlar göstərdikləri xidmətin haqqını vətəndaşlardan almaq məcburiyyətində qalır (çox sadə).

Lakin səhiyyəmizin daha çox nigarançılığa səbəb olan problemi heç də bu deyil. Dövlət səhiyyə ocaqlarına gedib rüşvətlə müayinə olunmaq da mümkündür, özəl sektorda yaxşı həkimlər tapmaq da, ancaq həkimin yazdığı dərmanları alıb aylarla müalicə alırıq, səhhətimizdə heç bir müsbət irəliləyiş baş vermir. Xəstə də elə bilir ki, həkim ona düzgün müalicə yazmayıb, həkim isə dərmanların keyfiyyətsiz olduğunu bilsə də, bunu dilə gətirə bilmir, desə də başqa çıxış yolu göstərə bilmir. Beləcə, saxta dərmanlar gözümüzün önündə xalqımızın genefondunu məhv edir.

İki il əvvəl bu sətirlərin müəllifi virus infeksiyasından əziyyət çəkirdi. Həkim ən yüksək dozalı antivirus həbləri (asiklovir 400) təyin etdi. Azərbaycan apteklərindən aldığım dərmanları sutkalıq 2000 qr. doza ilə qəbul edirdim. Bir aydan sonra bəlli oldu ki, virusa qarşı bu cür yüksək dozalı dərmanlar belə heç bir təsir göstərməyib. Həkim mənə bu sirri açdı ki, imkanın varsa xaricdən bu dərmanın analoqunu al. Həkimin dediyi kimi etdim, iki həftə ərzində analoji doza ilə demək olar ki, tam müalicə olundum, virus passiv fazaya keçdi.

Bu gün səhiyyədəki rüşvətə də, mütəxəssis çatışmazlığına da dozmək olar - ən azı kasıblar qırılar, imkanı olanlar yaşayar - lakin saxta dərman məsələsi dözülməz həddə çatıb. Çünki elitadan başqa bütün təbəqələr bu saxta dərmanları  Azərbaycan apteklərindən almaq zorundadırlar. Biz bilmirik ki, bir ətək pul verib aldığımız "dərmanlar" ya təsirsiz paraşokdu, ya da aşağı dozalı perparatdı. Xəstəlikdən isə yaxa qurtara bilməyəndə günahkar həkimi sayırıq. Ölkədə elə bir şərait yaranıb ki, həkimin də qabiliyyəti əhəmiyyət kəsb etmir - nə qədər elitar müalicə protokolu ilə təyinat yazsan da, dərman istənilən dozada deyilsə, müalicə gözlənilən səmərəni verməyəcək. Ona görə də təcrübəli həkimlərimiz çıxılmaz vəziyətdə qalıb, onların öz peşəkarlığını göstərməsi və həkimə inamı bərpa etmək üçün mütləq bazarda keyfiyyətli dərmanlar olmalıdır, bu isə yoxdur.

Dəfələrlə Səhiyyə Nazirliyinin müxtəlif ranqlı məmurları belə, etiraf edib ki, ölkənin dərman bazarının böyük əksəriyyətini saxta dərmanlar təşkil edir. Saxta dərmanlar isə iki yolla bazara ayaq açır - onlar ya Bakıdakı zirzəmilərdə fəaliyyət göstərən sexlərdə hazırlanır, ya da dərman idxalçılarının sifarişi ilə xaricdə hazırlanır. Məsələn, şəxsən mənim qarşıma çıxan saxta dərman (Asiklovir 200) Rusiyada istehsal edilib, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən qeydə alınıb. Özəl laboratoriyalardan birində aparılan təhlil nəticəsində bəlli oldu ki, tərkibində 200 qr. təsiredici maddə olduğu göstərilsədə, faktiki olaraq bir həbin tərkibində antiviralın dozası 38-40 qr-dır. Ölkəmizin dərman bazarında belə dərmanların sayı minlərlədir. Bu acınacaqlı vəziyyəti aradan qaldırmaq üçün hökumət tərəfindən addımlar atılmalı, dərman bazarına vətəndaş nəzarəti imkanları genişləndirilməli, ölkədə müstəqil laboratoriyaların fəaliyyətinə start verilməlidir.

 

Akif Nəsirli

0.24066686630249