Avtomobildən oğurluq edənlər fəallaşıb - Yeniyetmələrdən şübhələnirlər

Bakının Nəsimi rayonunda, Vaqif prospektində naməlum şəxs “Subaru” markalı avtomobilin yan şüşəsini sındıraraq maşından Günəş eynəyini və bir dollar oğurlayıb.

Bunu paralel.az-a Nəsimi Rayon Polis bölməsindən deyiblər.

Həmin gecə Nəsimi rayonu ərazisində, Kərpic küçəsində Rövşən Hüseynova məxsus “Toyota” markalı avtomobilin salonuna eyni yolla müdaxilə edilib. Cinayətkar maşından 500 manat götürərək hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları güman edirlər ki, hər iki oğurluq hadisəsində yetkinlik yaşına çatmayanların əli var.

Hərçənd son sutka ərzində Bakının Binəqədi, Qaradağ və Yasamal rayonlarında peşəkar oğrular bir neçə avtomobili qarət ediblər. Oğrular sadə yolla hərəkət edirlər: açıq qalmış qapıdan salona daxil olur və əllərinə keçən hər şeyi oğurlayırlar.

İsgəndər Şirinov Yasamal rayonunda məhz bu yolla 840 manatından məhrum olub.

Faktlarla bağlı təhqiqat aparılır, hələlik saxlanılan yoxdur.

Ramella İbrahimxəlilova

0.12109899520874