Saatlıda çoban intihar etdi

Saatlıda intihar hadisəsi baş verib.

paralel.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Sarıcalar kəndində qeydə alınıb.

Kənd ərazisində yerləşən fermalardan birində çobanın yarımtikilidə asılmış meyiti aşkar edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. İntihar etmiş şəxsin adı və hadisənin səbəbləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

0.045619010925293