Neftçalada 17 yaşlı gənc intihar edib

Neftçala rayonunda 17 yaşlı gənc özünü asıb.

paralel.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Uzunbabalı kəndində baş verib.

Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Əzizov Samir Rahil oğlu yaşadığı evin həyətindəki damdan özünü asaraq intihar edib.

Hələlik intihar hadisəsinin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli

0.079813003540039