Səbaildə qanlı gecə: 26 yaşlı oğlan yaralandı

Səbail rayonunda 26 yaşlı oğlan bıçaqlanıb.

paralel.az xəbər verir ki, Badamdar qəsəbəsində 1993-cü il təvəllüdlü Paşayev Rəşad Sənan oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

R.Paşayevə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

0.44546604156494