Binəqədidə ər arvadını bıçaqladı

Binəqədidə ər həyat yoldaşını bıçaqlayıb.

paralel.az xəbər verir ki, hadisə rayonun 1-ci Mədən yaşayış massivində baş verib.

1986-cı il təvəllüdlü Qafarlı Ülviyyə Kamal qızı evdə həyat yoldaşı ilə mübahisə edib. Nəticədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

0.1075451374054