Xətai rayonunda naməlum sürücü bir nəfəri öldürüb, qaçdı - FOTO

Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

paralel.az xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin kimliyi hələlik məlum deyil.

Hadisəni törədən şəxsin axtarışları davam etdirilir. Ərazidə yaşayanların bildirdiyinə görə, yolda piyadalar üçün keçid olmadığına görə, ölüm və xəsarətlə nəticələnən hadisələr tez-tez baş verir.

Kamil Əmirli, Elşad Mətləboğlu

0.11746597290039