Yevlaxda keçmiş məhkum qohumunu öldürdü

Yevlax şəhər sakini Nicat Hüseynovun qətlində şübhəli bilinən qohumu Murad Hüseynov saxlanılıb.

paralel.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Yevlax rayonunun Malbinəsi kəndində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Hüseynov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Rayon Polis şöbəsinə daxil olan məlumata görə, yaralı xəstəxanada dünyasını dəyişib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən kənd sakini Murad Hüseynov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

0.055905818939209