Dilimizə kəc baxanlar, yaxud danışıq və rəftar

Təbliğat zamanı od yox, nur kimi olmaq lazımdır

İctimai həyatda insanlar müxtəlif şəkildə bir-birlərinə qarşılıqlı təsir göstərirlər ki, bunların da ən böyüyü danışığın göstərdiyi təsirdir. Danışığın cəmiyyətdə, elm və təhsil sahəsində müstəsna yeri var. Cazibəli danışıq qabiliyyətinə malik olan insan bütöv bir kütləni öz təsiri altına ala bilir. Onun düşüncə tərzi, rəftarı, geyimi, otruşu və digər xüsusiyyətləri ətrafdakıların marağına səbəb olur. Ana-dili haqqında unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin təbirincə desək...

Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil - bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi
Bu dil - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Bəzən dinləyici danışanın gətirdiyi dəlillərin təsiri altına düşür. Bəzən isə gözəl danışıq dəlillərin tutarsızlığını ört-basdır edir. Adətən insanlar eşitdiyini başqalarına danışmaqdan ləzzət alır. Amma bir şeyə diqqət etmək lazımdır ki, dinləyici eşitdiklərini dərk edə bilsin. Bunu da düşünmək lazımdır ki, başqalarını döğru yola dəvət edərkən onların səviyyəsi nəzərə alınmalıdır. Bütün məlumatları dinləyiciyə bir dəfəyə catdırmaq olmaz. Belə məlumatı qəbul etmək insana cətin gələ bilər. Eləcə də, tövhid və nübuvvət kimi cətin məsələləri hər insan birbaşa dərk etməyə də bilər. Danışarkən dinləyicinin tutumu nəzərə alınmalıdır. Əgər bu nəzərə alınmasa, insanlar yolunu azar cəmiyyətdə ixtilaflar yaranar. Bir müddət əvvəl yüksək trubunadan deputatlardan biri, işsizlikdən xarici ölkələrdə sığınacaq tapan soydaşlarımızı "otxodlar" adlandırdı. Bu formada danışıq tərzi ölkədə cox ciddi qarşıdurma yaratdı. Hətta insanlarda Milli Məclisin deputatına qarşı pataloji nifrət yaratdı. Yaxud, yüksək cinli məmurlar düz-ağıllı Azərbaycan dilində danışmağı bilmir. Şübhəsiz, bu kimi tendensiyalar hakimiyyətin bəzi məmurlarına inamsızlıq yaradır və s. Döğru məzhəb təbliğində təbliğatcının sözü ilə əməli uyğun gəlməlidir. Əgər nur tədricən mülayim şəkildə başqalarına təsir edirsə:-od yandırıb -yaxar. Təbliğat zamanı od yox, nur kimi olmaq lazımdır.

Xüsusilə televiziya kanallarnda aparıcıların Azərbaycan dilinin leksikonuna uyğun olmayan ifadələr işləməsi;-Mətanətə "Mətiş" deyərək müraciət etməsi, dinləyicidə ancaq ikrah doğurur.

Bir imkanlı tanışım mənzilində təmir işləri aparırdı. Həyətdə işləyən fəhlələrə isə müəllim deyə müraciət edirdi. Bu kimi ifadələr müəllim adına, nufuzuna kölgə salır. Bəyənmədiyimiz sovet dönəmində müraciər forması "yoldaş", indiki halda adət-ənənərimizi təcəssüm etdirən müraciət forması "bəy" ifadəsi daha məqsədə      yğun olardı. Əlbəttə, mülayim rəftar insana təsir üçün mühüm amildir . Yolunu azan insanın əlindən tutub doğru yola çəkmək hər birimiz ücün vacibdir və lazımdır. Bu iş o zaman müfəssərl olur ki, sərgilədiyin davranış və əməl sözlərinə uyğun olsun, hətta əgər insan ağzını açıb bir kəlmə söz demədən gözəl rəftar nümayiş etdirsə, onun bu hərəkəti ətrafdakılarına müsbət təsir edər. İnsan, ailəsi, dostları və yaxınları üçün nümunə, öz rəftarı və sözü ilə başqalarına örnək olmağa çalışmalıdır. Ən ümdəsi unudulmaz şairimiz B.Vahabzadənin "Ana-dili" serini unutmasınlar:                                                  

Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən
Modalı ədəbazlar
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq Vətən çörəyi,
Bir də ana ürəyi
Sizlərə qənim olsun!

Əlizadə Nəhmədağaoğlu

0.038789033889771