Rusiyada azərbaycanlı iş adamı qarət edildi: oğru da həmyerlimiz çıxdı

Sankt-Peterburq hüquq-mühafizə orqanları 59 yaşlı azərbaycanlı iş adamını qarət edən şəxsi saxlayıblar.

Nova today”in xəbərinə görə, qarət olunmuş azərbaycanlı iyunun 23-də gecəni “Yapon mətbəxi” restoranında yaxşı tanımadığı yerlisi ilə keçirib.

Onlar birlikdə alkoqol qəbul ediblər. Sahibkar yerli vaxtla saat 03:30 radələrində (Bakı vaxtı ilə 04:30 – red.) restoranı tərk edərkən pul, mobil telefon və qızıl üzüyünü itirdiyinin fərqinə varıb.

Dəymiş zərərin ümumi məbləği təqribən 2,5 milyon rubl (təqribən 68 min manat – red.) təşkil edib.

Şübhəlini oğurlanan telefonun köməyi ilə müəyyənləşdirmək mümkün olub. Məlum olub ki, o, Azərbaycandan gəlmiş 40 yaşlı işsizdir. Şübhəli iyunun 25-də saxlanılıb.

Fakt üzrə araşdırma davam edir.

0.046144962310791