Yıldırım bundan sonra hansı vəzifəni tutacaq?

Əsl işim olan millət vəkilliyinə qayıtdım, artıq adi millət vəkiliyəm.

Habertürk” xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasından İstanbul bələdiyyə sədri vəzifəsinə namizəd olmuş Binəli Yıldırım deyib.

İyulun 23-də keçirilmiş təkrar bələdiyyə seçkilərinin nəticələri barədə danışan B.Yıldırım bildirib ki, deyiləsi bir şey yoxdur, nəticə ortadadır.

O, bundan sonra hansı vəzifədə çalışacağına da aydınlıq gətirib: “Adi millət vəkiliyəm. Əsl işimizə qayıtdıq”.

Qeyd edək ki, təkrar seçkilərdə Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Əkrəm İmamoğlu 4 741 868 səs toplayaraq qalib gəlib. Binəli Yıldırım isə 3 935 453 səs qazanıb.

0.20513796806335