Dönərxanadakı kütləvi zəhərlənmənin səbəbi məlum oldu

Dünən Bakının Xətai rayonu, Babək prospekti, “Maşın bazarı” adlanan ərazisində yerləşən dönərxanada 12 nəfər şəxsdə bir neçə saatdan sonra zəhərlənmə baş verməsinin səbəbləri məlum olub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Araşdırmalar nəticəsində qeyd olunan ərazinin vətəndaş Məmmədov Ramis Arif oğluna məxsus olması məlum olub.

Zəhərlənməyə səbəbin baytarlıq-sanitariya nəzarətindən keçirilməyən ət və ət məhsullarından hazırlanan qidalar və emal sahəsində qida təhlükəsizliyi qaydalarının ciddi şəkildə pozulması olduğu bildirilir.

Araşdırmalar davam etdirilir.

Qeyd edilir ki, zəhərlənən 12 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılıb, 1 nəfərin müalicəsi isə Klinik Tibbi  Mərkəzdə davam etdirilir. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

0.37831997871399