Bakıda nişanda dava düşdü

Bakıda nişan mərasimində dava olub.

paralel.az xəbər verir ki, hadisə Binə qəsəbəsində keçirilən nişan mərasimində baş verib.

1973-cü il təvəllüdlü Qalıyev Vüqar Paşa oğlu qonaqlar tərəfindən döyülüb.

Qapalı kəllə-beyin travması alan yaralı 3 saylı Klinik Xəstəxanaya aparılıb.

V.Qalıyev nişanlanan oğlanın əmisi olub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

0.17487287521362