Suriyada yaraqlılar yenidən təxribatlara əl atıblar

Yaraqlılar sutka ərzində Suriyanın Latakiya və Həma vilayətlərinin 12 yaşayış məntəqəsini atəşə tutublar.  

“RİA Novosti” xəbər verir ki, bunu brifinqdə Suriyada tərəflərin barışdırılması üzrə Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

“Sutka ərzində silahlılar Latakiya vilayətinin Nahşebba (iki dəfə), Safsafa (iki dəfə), Əyn-Əl-Kantara, Raşa, Royset-Ruşu, Sandran, Bşarfa, Daxr-Abu-Asad, Mqaret, Kara-Şaaban yaşayış məntəqələrini, Həma vilayətinin Calama, Kara-Curn və Skalbiya yaşayış məntəqələrini atəşə tutub”, - Bakin qeyd edib.

O, qanunsuz silahlı birləşmələri təxribatlardan imtina etməyə çağırıb. 

General-mayor həmçinin qeyd edib ki, 24 iyunə olan məlumata görə, 31901 yaşayış evi, 868 təhsil və 175 tibb müəssisəsi bərpə olunub.

 

0.10410499572754