“Mitsubishi” körpüdən aşdı - Bir ailənin 4 üzvü yaralandı

Astarada avtomobil körpüdən aşıb. 

paralel.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Ələt-Astara maqistral yolunun Şahağacı kəndindən keçən hissəsində baş verib.

“Mitsubishi” markalı avtomobilin körpüdən aşması nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti daha ağır olan bir uşaq və ana Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Rövşən Mövlan

0.37625789642334