Melaniya Tramp öz mətbuat katibini Ağ Evdə vəzifəyə gətirdi

Melaniya Trampın mətbuat katibi Stefani Qrişam Ağ Evin mətbuat katibi təyin edilib. Bu barədə ABŞ prezidentinin xanımı öz Twitter səhifəsində məlumat verib.

“Bu posta Qrişamdan yaxşı namizəd təqdim edilə bilməzdim. Stefani 2015-ci ildən bizimlə işləyir”,- deyə birinci xanım bildirib.

Stefani Qrişam Ağ Evdə Sara Sandersi əvəz edəcək. Sanders  iyun ayının əvvəlində istefa qərarını açıqlamışdı.

 

0.037079095840454