Avtomobil aşdı, iki uşaq ağır yaralandı

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

paralel.az-ın bölgə müxbirinin məlumatına görə, Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu Sabir qəsəbəsindən keçən hissəsində idarəetməni itirən sürücü avtomobilini yoldan çıxararaq aşırıb.

Qəza nəticəsində avtomobildə olan iki uşaq ağır bədən xəsarətləri alıb. Onların hər ikisi Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Aydın

0.14678907394409