Əflatun Amaşov: Azərbaycan mətbuatının patriarxını itirdik

 

 

Azərbaycan mətbuatının patriarxını itirmişik. Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir.

paralel.az-ın məlumatına görə, bunu böyük alim Ş.Hüseynovla vida mərasimi zamanı jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.

Ə.Amaşov qeyd edib ki, Ş.Hüseynov öz yaradıcılığı ilə bütün nəsillərə nümunədir: 

“Onun üçün hər şeydən öncə millət, dövlət və vətən idi. O, elə bir məktəb yaradıb ki, həmin məktəbin işığı uzun illər, daim Azərbaycanı işıqlandıracaq”.

0.04364013671875