Binəqədidə 42 yaşlı kişini tanımadığı şəxslər döydülər

Binəqədi rayonunda 42 yaşlı kişi döyülüb.

paralel.az  xəbər verir ki, hadisə 1-ci Mədən Yeni Massiv ərazisində baş verib. 1977-ci il təvəllüdlü Balakişiyev Nəriman Yediyar oğlu tanımadığı şəxslə mübahisə edib. Nəticədə o alın nahiyəsindən xəsarət alıb. 

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ona sol alın nahiyəsinin əzilməsi diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

0.074927091598511