Ərəb turist Bakıda 6 yaşlı uşağı yaraladı

Bakının Nəsimi rayonunda baş verən qəzada 6 yaşlı uşaq yaralanıb.

paralel.az-ın məlumatına görə, rayonun Vaqif küçəsi 5 ünvanında Səudiyyə Ərəbistanından olan turist kirayə götürdüyü “KİA” markalı minik maşını ilə qəza törədib. Nəticədə 2013-cü il təvəllüdlü Səlimov Səlim Arif oğlu ağır xəsarət alıb.

Azyaşlı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

0.055788993835449