VAZ-lar toqquşdu: sürücülər yaralandı - FOTO

Tovuz rayonunun mərkəzində VAZ markalı iki avtomobil toqquşub.

paralel.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

“VAZ-2106” və “VAZ-2107” markalı minik maşınlarının toqquşması nəticəsində sürücülər – 1975-ci il təvəllüdlü Xəyyat Quliyev və Mübariz Xudiyev xəsarət alıblar. Onlara tibbi yardım göstərilib.

Qəzaya səbəb kimi avtomobillərdən birinin qarşı yola çıxması göstərilir.

Nazir Quliyev

0.039240121841431