Meksika körfəzində giqant kalmarı lentə alıblar – VİDEO

Amerikalı ixtiraçılar Meksika körfəzində nəhəng kalmarı müşahidə ediblər. Dəniz heyvanının görüntüləri YouTube kanalında paylaşılıb.

Independent” xəbər verir ki, çəkiliş 759 metr dərinliyində aparılıb. Kalmarın uzunluğu təxminən 3,7 metr təşkil edib.

Kadrlarda görsəndiyi kimi, kalmar uzun ayaqları ilə işıq saçan apparatı sarımaq istəyir.

Alimlər bildirirlər ki, kalmarın böyük ölçüləri olsa da o, insan üçün təhlükəli deyil.

 

0.36423516273499