Masallıda 40 yaşlı qadını avtobus vurdu

Masallıda sərnişin avtobusu piyadanı vurub.

paralel.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Şərəfə kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 40 yaşlı Cəfərova Nuriyyə Abdulla qızı sərnişin avtobusundan düşüb yolun digər tərəfinə keçmək istəyib. Bu zaman qarşıdan sürətlə gələn, Fərman adlı şəxsin idarə etdiyi 21 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus piyadanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Cəfərova Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Rövşən Mövlan

0.069125890731812